Bakı. Trend:
30 ildən sonra yenidən doğma yurdda yaşamaq böyük sevinc hissidir.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Bayramova Cəmilə deyib.
Onun sözlərinə görə, artıq bu gün öz doğma yurdu olan Laçına qayıdır.
“Buna görə öz Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah ordumuzu qorusun.
24 yaşımda ailəmizlə birlikdə Laçını ağlaya-ağlaya tərk etmişəm. Bu gün isə sevinə-sevinə həyat yoldaşım, oğlum və qızımla birlikdə Laçına dönürük. Orada yaşayıb, orada çalışacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.