...

Xankəndiyə kimlər köçürüləcək? - Dövlət Komitəsi məlumat yaydı

Cəmiyyət Materials 22 Noyabr 2023 16:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazisi işğaldan azad olunmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndiyə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Nəzərinizə çatdırırıq ki, ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır. Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.

Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti