...

Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 27 Noyabr 2023 11:42 (UTC +04:00)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Trend bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti