...

Kürdəmirdə qızılcaya yoluxan şagirdlərin son vəziyyəti AÇIQLANDI

Cəmiyyət Materials 27 Noyabr 2023 12:57 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmir rayon 1 saylı tam orta məktəbin şagirdləri 3 nəfər olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Kürdəmir rayon 2 saylı tam orta məktəbin 6 nəfər şagirdi, Kürdəmir rayon Pirili kənd orta məktəbinin 1 nəfər şagirdi, Göyçay rayon Alpoud kənd orta məktəbinin 2 nəfər şagirdi olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlardan 5-i qızı, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, “Qızılca” xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilmiş, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda “Qızılca” virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti