...

“Evdə oturum, sosial yardım alım” anlayışına qarşıyıq - Sahil Babayev

Cəmiyyət Materials 27 Noyabr 2023 17:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ünvanlı sosial yardımla bağlı bizə çox suallar olur. Biz insanların işləməməsinə imkan verməməliyik.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir qeyd edib ki, “evdə oturum, sosial yardım alım” anlayışına qarşıdır:

“Ünvanlı sosial yardımın yaranmasının məqsədi də ayrıdır. Dövlət o prinsipləri rəhbər tutur ki, işləyən insanların qazancı kifayət etməyəndə dövlət o fərqi ödəsin”.

Xəbər lenti

Xəbər lenti