Bakı. Trend:
Ölkəmiz yaşıllaşdırma üzrə regionda lider ölkələrdən biridir.
Trend xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, bu il iki milyona yaxın ağac əkilib.
“Ağacəkməyə dövlət qurumları, QHT-lər və digər vətəndaşlar qoşulur. Bu çox sevindirici haldır”,- deyə o, qeyd edib.
Qeyd edək ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında nazir müavini Umayra Tağıyevanın və ekspertlərin iştirakı ilə qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masa keçirilib.