...

Müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin yenə bunu etdilər - Nazir

Cəmiyyət Materials 30 Noyabr 2023 17:19 (UTC +04:00)
Müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin yenə bunu etdilər - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya təcrübəsində məktəblərdə valideyn komitəsi təcrübəsi var.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

"Valideyn komitəsi tərəfindən pul yığılması məsələsi bütün məktəblərdə yoxdur. Leqal olaraq məktəb - valideyn komitəsi məktəbə, uşaqlara yardım edirsə, burda mənfi bir hal görmürəm. Normal hesab edirəm. Yox, əgər hansısa ad günlərinə pul yığılması ilə bağlı narazılıq olsa, buna baxıla bilər. 6 martda müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin valideynlər yenə bunu etdi”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Xəbər lenti

Xəbər lenti