...

DİN kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb (VİDEO)

Cəmiyyət Materials 4 Dekabr 2023 12:05 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.

"Özünüzü dələduzlardan qoruyun. Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir. DİN vətəndaşları ayıq-sayıq olub bu kimi detallara diqqət etməyə çağırır", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti