...

Polis Qubada əməliyyat keçirdi - Tutulanlar var (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2023 09:13 (UTC +04:00)
Polis Qubada əməliyyat keçirdi - Tutulanlar var (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qubada narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlanması, daşınması və satmasında şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb.

Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

Həmin şəxslər qrup şəklində Quba rayonuna - əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da, daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti