...

Hazırda ərazilərimizdə 1,5 milyondan çox mina və PHS var - İcraçı direktor

Cəmiyyət Materials 6 Dekabr 2023 10:53 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Minalar və partlamamış hərbi sursatlarla ərazilərimizin çirklənməsinə beynəlxlaq ictimaiyyətin etinasız yanaşması, minalar səbəbindən bərpa və quruculuq işlərinin gecikməsi, insanlarımızın öz doğma yurdlarına qayıtmasının yubanması yaşamaq hüquqlarının pozulmasına səbəb olur.

Trend xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.

O bildirib ki, bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir.

“Təəssüflə qeyd etməliyik ki, Azərbaycan bu siyahıda ilk sıralardadır.

İlkin məlumatlara görə, hazırda ərazilərimizdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat (PHS) var”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilir.

Xəbər lenti

Xəbər lenti