...

Hazırda 5 ağır yaralının müalicəsi Türkiyədə davam edir - Elvin Hüseynov

Cəmiyyət Materials 8 Dekabr 2023 11:31 (UTC +04:00)
Hazırda 5 ağır yaralının müalicəsi Türkiyədə davam edir - Elvin Hüseynov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür.

Trend xəbər verir verir ki, bu barədə"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.

Onun sözlərinə görə, Müalicə alanlardan 160-ı ölkəyə geri qayıtmışdır. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.

"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 27 394 750.09 AZN təşkil edir. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti