...

50 bağçada keyfiyyət monitorinqi aparılıb - Agentlik sədri

Cəmiyyət Materials 11 Dekabr 2023 10:15 (UTC +04:00)
50 bağçada keyfiyyət monitorinqi aparılıb - Agentlik sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ildə 50 bağçada keyfiyyət monitorinqi aparılıb.

Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu hesabatlar həm bağçaların özünün təhlili, həm də çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atılması istiqamətində yol xəritəsi rolu oynayır.

“Həmçinin, bağçalarda idarənin təkmilləşdirilməsi üzrə qiymətləndirmə sənədləri hazırlanıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti