Bakı. Trend:
Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına isə yol verilməyəcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri müəyyənləşir və məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılacaq. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılacaq. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına isə yol verilməyəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.