...

Ermənilərin silah anbarı kimi istifadə etdiyi daha bir mülki təyinatlı obyekt aşkarlandı (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2023 13:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilərin silah anbarı kimi istifadə etdiyi növbəti mülki təyinatlı obyekt aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib.

Həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti