Bakı. Trend:
Azərbaycanda müharibə veteranları ölkədə olan mövcud vəziyyətlə bağlı razılıqlarını ifadə edirlər.
Bunu Trend-ə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
O qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilir.
“Yığıcaqda ictimai-siyasi həyatda fəallıq göstərən veteranlar, rayon veteranlar təşkilatlarının sədrləri, Rəyasət heyətinin üzvləri və bizim təşkilatın üzvləri iştirak edirlər. biz bu tədbiri veteranların müraciəti əsasında keçiririk.
Bu gün respublikada ictimai-siyasi vəziyyətin stabil olmasını, qələbəmizi və əldə etdiyimiz uğurları nəzərə alaraq veteranlar istəyirlər ki, hazırkı durumla bağlı öz razılıqlarını ifadə etsinlər və vəziyyətin bu cür davamlı olmasını arzu etsinlər. Yığıncağın bəyanatı qəbul ediləcək", - o qeyd edib.