...

Bayram günü paytaxtda ictimai nəqliyyat necə işləyəcək?

Cəmiyyət Materials 30 Dekabr 2023 17:07 (UTC +04:00)
Bayram günü paytaxtda ictimai nəqliyyat necə işləyəcək?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələrini və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.

Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti