...

Ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürüldü - DİN

Cəmiyyət Materials 18 Yanvar 2024 10:03 (UTC +04:00)
Ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürüldü - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin, yanvarın 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti