Bakıda bağ evlərindən 13 min manatlıq oğurluq olundu

Cəmiyyət Xəbər 2 Fevral 2024 12:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda evlərdən oğurluq edilib.

Trend DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti