...

Ağdamda evin zirzəmisindən silah-sursat aşkarlandı

Cəmiyyət Materials 12 Fevral 2024 11:50 (UTC +04:00)
Ağdamda evin zirzəmisindən silah-sursat aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti