...

Baş Dövlət Yol Polis İdarəsi Forma 4-ün sığorta şirkətinə təqdimedilmə müddəti barədə açıqlama yayıb

Cəmiyyət Materials 15 Fevral 2024 15:53 (UTC +04:00)
Baş Dövlət Yol Polis İdarəsi Forma 4-ün sığorta şirkətinə təqdimedilmə müddəti barədə açıqlama yayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yol nəqliyyat hadisəsi barədə elektron arayışın (Forma 4) sığorta şirkətinə təqdimedilmə müddəti barədə Baş Dövlət Yol Polis İdarəsi açıqlama yayıb.

Trend Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinə istinadən bildirir ki, yol nəqliyyat hadisəsi baş verdiyi təqdirdə ilk olaraq sürücü hadisə barədə Dövlət Yol Polisinə məlumat verməlidir.

Əgər hadisə baş veribsə və sürücü yalnız sığortaya məlumat veribsə, sığorta şirkəti öz növbəsində Dövlət Yol Polisinə məlumat ötürməlidir.

Bundan sonra Dövlət Yol Polisi orqanlarında müvafiq araşdırma aparılaraq siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış (Forma 4) 10 gün ərzində sığorta şirkətinə təqdim edilir.

“İcbari sığortalar haqqında" Qanunun 58-ci maddəsinə əsasən aşağıdakı hallar mövcud olduğu təqdirdə arayış (Forma 4) tələb olunmur:

1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;

2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

3. Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; (yəni yalnız maddi ziyan var);

4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə. (Burada söhbət sığorta təminatı verilən zərərdən gedir, təqsirkara dəyən zərər bura daxil deyil).

Ancaq istənilən yol nəqliyyat hadisəsi barədə Dövlət Yol Polisinə mütləq məlumat verilməlidir və Dövlət Yol Polis orqanı da qanuna uyğun olaraq təqsirli sürücü barəsində inzibati tənbeh tətbiq edərək qərar çıxarmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti