Bakı. Trend:
Azərbaycan və ABŞ uzunmüddətli əməkdaşlıq tarixinə malikdir.
Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby bugünkü mətbuat konfransında deyib.
“Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra məsələlər üzrə əməkdaşlığımızın uzun tarixi var. İş prioritetlərimə enerji, təhlükəsizlik və ətraf mühit məsələləri daxildir. Mənim məqsədlərimdən və siyasətimizin məqsədlərindən biri Azərbaycanla ticarət və investisiya əlaqələrimizi genişləndirməkdir.
Bizim ümumi maraqlarımızı transmilli təhdidlərdən qorumaq, Ukraynaya humanitar yardım göstərmək və əlbəttə ki, ölkələrimiz arasında xalqlararası əlaqələrin genişləndirilməsi baxımından qorumaq və davam etdirmək istədiyim yaxşı tariximiz var”.