...

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Cəmiyyət Materials 19 Fevral 2024 16:40 (UTC +04:00)
Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.02.2024 - 18.02.2024) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 33 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 886,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki,10.11.2020-ci il tarixindən 14.02.2024-cü il tarixinədək işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 118 502.6 ha ərazi təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti