Bakı. Trend:
Sumqayıtda bank kartından oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.