...

Qızılcaya qarşı peyvənd vurulması ağırlaşmalardan qoruyur

Cəmiyyət Materials 21 Fevral 2024 15:08 (UTC +04:00)
Qızılcaya qarşı peyvənd vurulması ağırlaşmalardan qoruyur

Bakı. Trend:

Hazırda bütün Avropa regionunda, cümlədən Azərbaycanda yayılan qızılca infeksiyasından qorunmağın ən etibarlı yolu peyvəndləmədir.

Trend xəbər verir ki, həkim-infeksionist İlhamə Şirinova deyib: “Qızılca xəstəliyinin ilkin əlamətləri kataral əlamətlərdir. Boğaz ağrısı, yüksək hərarət, limfa vəzlərində şişkinlik, quru öskürək kimi əlamətlər onların sırasına daxildir. Dörd-beş gün davam edəndən sonra kataral əlamətlər dəridə səpgiyə keçir. Hazırda peyvənd olunmayan böyüklər üçün də Səhiyyə Nazirliyi tərəfindən peyvəndlər gətirilib. Paytaxtda və bölgələrdə 11-40 yaş aralığında olan hər kəs qızılca xəstəliyinin qarşısını almaq üçün peyvənd olunmalıdır”.

Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşına qədər olan uşaqların peyvəndlənməsi davamlı olaraq həyata keçirilir. Həkimlərin dediyinə görə, bağça və məktəblərdə kollektiv mühit olduğundan yoluxma daha sürətlə yayılır.

Həkim-pediatr Rədilə Mustafayeva isə bildirib ki, peyvənd edilməyən hallarda uşaqlarda otit, pnevmoniya, hətta ensofalit, meningit kimi ağırlaşmalarla müşayiət olunur. Qızılcanın müalicəsində vaxtında aparılan bir sıra zəruri müalicələr, həkim müdaxiləsi və lazım gəldikdə təyin olunan vitaminlər uşağı xəstəliyin ağırlaşmalarından qoruyur. Xəstəliyin müalicəsində profilaktik olaraq antibiotik təyin edilmir”.

Vətəndaşlar peyvəndlənmək üçün yaşayış yerləri üzrə həm uşaq, həm də böyüklər üçün ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti