...

Bakıda restoranda baş verən yanğında xəsarət alan olub? - TƏBİB-dən AÇIQLAMA

Cəmiyyət Materials 22 Fevral 2024 20:50 (UTC +04:00)
Bakıda restoranda baş verən yanğında xəsarət alan olub? - TƏBİB-dən AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

22.02.2024-cü il tarixdə saat 19:19 radələrində İzmir küçəsində baş verən yanğın səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Hadisə ilə bağlı xəsarət halı və təcili yardım briqadasına müraciət qeydə alınmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti