Bakı. Trend:
Su təsərrüfatı ilə bağlı xüsusi qanun qəbul olunmalıdır.
Trend xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, təəssüf ki, insanlarımızın suya münasibəti xoşagələn deyil.
“Biz bu gün müşahidə edirik ki, vətnədaşlar sudan səmərəli istifadə etmir. Belə ki, insanlar su kranlarını açıq qoyurlar. Buna görə də bu sahədə marifləndirmə işləri gücləndirilməlidir. Marifləndirmə işlərinə məhəl qiymayan vətəndaşlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Ona görə də cinayət və inzibati xətalar məcəlləsinə xüsusi maddələr əlavə edilməlidir”,- deyə o qeyd edib.