...

Martın ilk gününün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 29 Fevral 2024 13:20 (UTC +04:00)
Martın ilk gününün hava proqnozu açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti