...

Peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə veriləcək

Cəmiyyət Materials 5 Mart 2024 13:55 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 6.2.1-ci maddəsindən (özəlləşdirilməsi qadağan olunan əmlak) “, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri” sözləri çıxarılır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti