Bakı. Trend:
Salyanda məktəblinin ana olması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Bu tip hallar bizdə məyusluq doğurur. Təəssüf ki, regionlarda bu kimi hallar olur. Lakin qeyd edək ki, həmin şəxs ana olmayıb. Həmin şagird 9-cu sinif buraxılış imtahanında iştirak edib. 10-cu sinifdə davamiyyətlə bağlı problemləri olduğu üçün 11-ci sinifə keçirilməyib. Davamiyyət problemi davam etdiyindən məktəbdən kənarlaşdırılıb”, - deyə o bildirib.