...

AzMİU-nun tərəftaşlığı ilə Şərq və Qərb mədəni irsi rəqəmsal oyunlarla sintez ediləcək

Cəmiyyət Materials 13 Mart 2024 12:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) əməkdaşları Türkiyədə keçirilən “Şərq və Qərb mədəni irsinin rəqəmsallaşdırılması üçün innovativ alətlər: rəqəmsal oyun dizayn metodologiyası bələdçisi” layihəsinin açılış mərasimində iştirak ediblər.

AzMİU-nun da tərəfdaşı olduğu layihədə universiteti Xarici əlaqələr şöbəsinin əməkdaşı Natiq Məhəməliyev, Qrafik və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, kafedranın müəllimi Fəridə Qasımova təmsil edib.

Erasmus+ Əsas Fəaliyyət 2 Ali Təhsil üzrə Əməkdaşlıq Tərəfdaşlığı (KA220-HED) çağırışı çərçivəsində dəstəklənən layihənin açılış mərasimi Eskişehir Osmangazi Universitetinin(ESOGU) ev sahibliyi ilə keçirilib.

Şərq-Qərb mədəni irsinin sintezini dizayn edəcək layihənin açılış toplantısına 6 universitet, 5 ölkə və iki gənclər birliyi qatılıb.

Eskişehir Osmangazi Universiteti Mühəndislik və memarlıq fakültəsi Memarlıq bölümü müəllimi professor Ayşen Çelen Öztürkün rəhbərliyi ilə başlayan layihə maddi və qeyri-maddi mədəni irsin gələcəyə ötürülməsində rəqəmsal oyun dizaynlarından bir vasitə kimi istifadə etməyi hədəfləyir.

Layihəyə tərəfdaş olan universitetlər arasında AzMİU ilə yanaşı, ESOGU, Eskişehir Texniki Universiteti, Bahçeşehir Universiteti, Universita' Degli Studi Di Firenze, Kataloniya Politexnik Universiteti də var.

Konqres və Mədəniyyət Mərkəzində keçirilən görüşün ilk günü açılış nitqləri söylənilib, türk mədəniyyətini özündə əks etdirən səhnə performansları nümayiş olunub. Toplantının ikinci günü tarixi Odunpazarı Bölgəsinə texniki tur təşkil edilib və Eskişehir mədəni yaddaş elementləri iştirakçılara çatdırılıb.

Məlumat üçün qeyd edək ki, növbəti belə görüş may ayında İspaniyada keçiriləcək

Xəbər lenti

Xəbər lenti