...

31 il sonra doğma sakinləri Talış kəndində Yel çərşənbəsini belə qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 13 Mart 2024 12:46 (UTC +04:00)
31 il sonra doğma sakinləri Talış kəndində Yel çərşənbəsini belə qeyd ediblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Doğma sakinləri ilə birlikdə Ağdərə rayonunun Talış kəndində el adət-ənənələrimiz yenidən çiçəklənir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, uzun illərdən sonra bu il sakinlər Yel çərşənbəsini əzəli torpaqlarında böyük coşqu ilə qeyd ediblər.

Xatırladaq ki, 2023-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Talış kəndinə 20 ailə (91 nəfər) köçürülüb və hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Köçürülmə planının ikinci mərhələsində 158 ailə Talış kəndinə qayıdacaq.

Bu günə qədər kənddə 20 ev, 10 qeyri-yaşayış obyekti bərpa edilərək yenidən qurulub. İnzibati bina və uşaq bağçası əsaslı təmir olunub, 78 şagird yerlik məktəb binası da bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti