...

Azərbaycan vətəndaşları əsasən hansı ölkələrə səfər edib?

Cəmiyyət Materials 20 Mart 2024 13:22 (UTC +04:00)
Azərbaycan vətəndaşları əsasən hansı ölkələrə səfər edib?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan xaricə səfər edən vətəndaşların sayı artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 36,0 faiz artaraq 296,5 min nəfər olmuşdur.

İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti