...

Psixi sağlamlıqla bağlı sənəd təhlil edilir, təkliflər Milli Məclisə təqdim olunacaq - Ombudsman

Cəmiyyət Materials 1 Aprel 2024 11:21 (UTC +04:00)
Psixi sağlamlıqla bağlı sənəd təhlil edilir, təkliflər Milli Məclisə təqdim olunacaq - Ombudsman
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı sənədi ictimaiyyətə təqdim etdi. Bu sənəd dünya ölkələrinə psixiatriya sahəsində islahatlar aparmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və bununla da keyfiyyətli psixiatriya yardımının göstərilməsi məqsədi ilə hazırlanıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

“Adıçəkilən sənəd hazırda tərəfimizdən təhlil edilir və qanunvericiliyin təkmilləşdirilməsi baxımından zəruri hesab ediləcək təkliflər Milli Məclisə təqdim olunacaq. Hesab edirəm ki, bu sahədə aidiyyəti dövlət orqanlarının da həmin sənədlə yaxından tanış olmaları zəruridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti