...

Ali Məhkəmə “E-Justice” platformasını təqdim edib

Cəmiyyət Materials 2 Aprel 2024 10:44 (UTC +04:00)
Ali Məhkəmə “E-Justice” platformasını təqdim edib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən “E-Justice” platformasının yaradılması təklif olunur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Baş Prokurorluğun “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda məlumat verib.

İ.Kərimov bildirib ki, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası tərəfindən hüquq mühafizə orqanlarının, eləcə də məhkəmə hakimiyyətinin işinə önəmli töhfə vermək məqsədilə dövlət orqanlarının qarşılıqlı elektron fəaliyyətini özündə əks etdirən yeni bir konsepsiya hazırlanıb.

“E-Justice” platforması ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına və səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, eləcə də vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir.

“Elektron ədalət mühakiməsi” sistemi mülki, kommersiya, inzibati, cinayət və inzibati xətalara dair işlər üzrə icraatın rəqəmsallaşmasını təmin edən mərkəzləşdirilmiş bir platformadır.

Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.

20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.

Xəbər lenti

Xəbər lenti