Bakı. Trend:
Rəqəsallaşma özlüyündə məqsəd ola bilməz, rəqəmsallaşma sahəsində islahatlar apardıqda buna bir proses kimi yanaşmalıyıq.
Trend xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
F.Əhmədov bildirib ki, bəzən rəqəmsal yenilikləri istifadəyə verdikdə, onun auditoriyası nəzərə alınmaya bilər:
"Bütün proses iştirakçılarının hazırlığı vacib məsələlərdəndir. Biz əmin olmalıyıq ki, yaradılan informasiya sistemləri məhdud çevrə tərəfindən istifadə olunmayacaq. Biz elektron rəqəmsal ədalət mühakiməsinin vahid pəncərəsini formalaşdırmışıq. Bununla bütün iştkrakçıların vahid pəncərədən çıxışını təmin etmiş oluruq. Dövlət orqanları bu sistemə inteqrasiya edildikcə məlumatın vahid hövzəsi yaranmış olacaq”.
Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.
20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.