...

Məktəblərdə imtahan çoxluğu və çətinliyi - İmtahanlar sadələşdirilə bilər?

Cəmiyyət Materials 3 Aprel 2024 12:29 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanın istər bakalavr, istərsə də magistraturaya qəbul üçün keçirilən qəbul imtahanları dünyada ən çətin imtahan hesab oluna bilər.

Bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, yalnız imtahanın çətinliyi yox, imtahan cavablarının elan müddəti ən uzun müddət hesab oluna bilər.

"İmtahan cavabları ən azı 1 aydan sonra elan olunur və bu iştirakçılarda ciddi şəkildə stress yaradır. Həmçinin 16-17 yaşında uşaqlar üç saat ərzində üç müxtəlif fənndən ağır və çətin test tapşırıqlarına cavab verir. Bu da şagirdlər üçün əlavə psixoloji gərginlik yaradır. Hesab edirəm ki, universitetlərə qəbul üçün keçirilən imtahanlar sadələşdirilməlidir. Bu həm şagirdlərin əlavə stress yaşamasının qarşsını alır, həm də valideynlərin xərci azalır. Ona görə də imtahanlar azaldılmalı və sadələşdirilməlidir.

İkincisi məktəblərdə summativ qiymətləndirmələr kifayət qədər çoxdur. Bu da onların əlavə imtahan stressi yaşamasına gətirib çıxarır. Şagirdlər bütün təhsil həyatları boyunca müxtəlif növ qiymətləndirmə imtahanlarına cəlb edilirlər ki, bu kifayət qədər çətin və qəlizdir. Bu gün şagirdlər ancaq imtahanlara hazırlaşır. Azərbaycanda məktəbli ciddi şəkildə informasiya yükünün altındadır. Düzdür, şagirdin oxumağı problem deyil. Amma hədsiz dərəcədə çox dərslərlə məşğul olması yaxşı nəticə əldə etməyə imkan vermir", - deyə o, vurğulayıb.

Ekspert həmçinin bildirib ki, dərsliklər də sadələşdirilməlidir.

"Bugün dərsliklərin informasiya yükü hədsiz dərəcədə çoxdur. Dərsliklər şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun deyil. Ona görə də dərsliklər sadələşdirilməlidir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti