...

Ali Məhkəməyə yeni hakimlər TƏYİN EDİLİR (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Aprel 2024 12:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı apellyasiya məhkəmələri hakimlərinin vəzifələrindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilir:

Hüseyn Aida Əli qızı
Muxtarov Teyyub Asif oğlu

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova müvafiq qərar imzalayıb. Qərar imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti