...

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət Materials 9 Aprel 2024 11:26 (UTC +04:00)
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Trend xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti