Bakı. Trend:
Bakıda maşından oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində “Changan” markalı avtomobildən içərisində 1500 manat, bank kartı və sənədlər olan pulqabının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Kənan Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.