...

Xaçmaz və Beyləqanda ətraf mühitə zərər vuran avtomobil sürücülərinə qarşı tədbir görülüb

Cəmiyyət Materials 22 Aprel 2024 12:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşını alınması məqsədilə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Xaçmaz və Beyləqan rayonlarında təşkil olunan növbəti tədbir zamanı DYP əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan çox olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti