...

Elektron siqaretlərin Azərbaycana idaxlının qadağan olunması ilə araşdırma başlaya bilər

Cəmiyyət Materials 23 Aprel 2024 13:02 (UTC +04:00)
Elektron siqaretlərin Azərbaycana idaxlının qadağan olunması ilə araşdırma başlaya bilər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, araşdırmama görə gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür.

“Xanım sədr, siz də icazə versəydiniz Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu qadağandır. Azərbaycanda qadağan deyil və il ərzində təxminən 3 milyona yaxın birdəfəlik elektron siqaret Azərbaycana idxal olunur. Əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”, - komitə sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti