Bakı. Trend:
1992-ci ildə evimi tərk, elimi obamı etmişdim. Bu gün elə hisslər keçirirəm ki, sözlə ifadə etmək olmur.
Bunu Trend-ə Xocalıya dönən sakin Məlahət Paşayeva deyib.
O qeyd edib ki, bu gün öz evimə, doğma yurduma qovuşacam.
“30 yaşımda doğma torpağımı tərk etmişdim, gənc ailə idik. Bu gün artıq nəvələrimlə qayıdıram. Ali Baş Komandanımızın sayəsində yenidən doğma yurda qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can-sağlığı versin”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb.