...

Sabah geomaqnit qasırğası olacaq

Cəmiyyət Materials 30 May 2024 10:30 (UTC +04:00)
Sabah geomaqnit qasırğası olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 31-i axşam saat 20:00-dan başlayaraq iyunun 1-i saat 14:00-dək geomaqnit qasırğası olacaq.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, son üç gün ərzində Günəş aktivliyi artıb, radiosiqnalları əngəlləyən və pozulmasına gətirən çoxlu M sinif, eləcə də radiodalğaların yayılmasına, mobil rabitəyə güclü mane olan X1.4 sinif alışmaları yüksək səviyyədə olub:

"Günəş səthində digər aktiv oblastlar M sinif alışmalarla aktivliklərini davam etdirib. Mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq. Mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək. Bu periodda geomaqnit şəraiti göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək".

Xəbər lenti

Xəbər lenti