...

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər üçün cərimələr müəyyən edilir

Cəmiyyət Materials 12 İyun 2024 11:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər üçün cərimələr müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.4-1.1. avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə;

338.4-1.2. velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;

338.4-1.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

338.4-1.4. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.4-1.5. sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;

338.4-1.6. nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;

338.4-1.7. piyadaların hərəkətinə maneə yaradılmasına;

338.4-1.8. sərnişin daşınmasına;

338.4-1.9. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə – qırx manat məbləğində cərimə edilir.

Xəbər lenti

Xəbər lenti