...

"Sahil" metrostansiyasının önündəki səkilər niyə sökülür? (FOTO)

Cəmiyyət Materials 12 İyun 2024 13:56 (UTC +04:00)
"Sahil" metrostansiyasının önündəki səkilər niyə sökülür? (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Sahil" metrostansiyasının önündəki səkilər genişləndirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən paytaxtın Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.

Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən Sahil metrosunun qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb və bu istiqamətdə işlərə başlanılıb.

Xəbər lenti

Xəbər lenti