...

Xudatda iki narkotacir saxlanıldı

Cəmiyyət Materials 15 İyun 2024 16:11 (UTC +04:00)
Xudatda iki narkotacir saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov və Xəyal Zülfüqarov saxlanılıblar.

Onlardan psixotrop maddə olan metamfetamin və metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti