...

Oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Cəmiyyət Materials 19 İyun 2024 12:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, iyunun 10-da rayon ərazisində paytaxt sakininə məxsus pulqabından 100 manat, 600 ABŞ dolları və 320 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb.

Hazırda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti