Bakı. Trend:
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Könül Cəfərova vəzifəsindən azad edilib.
Xəbəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən Trend-ə təsdiq ediblər.
Bildirilib ki, K.Cəfərova ilə xidməti müqavilə uzadılmayıb.
İdarə rəisi vəzifəsinin icrası Emin İbrahimova həvalə edilib.