...

Aksiz markasız 700 minə yaxın siqaret məhv edildi

Cəmiyyət Materials 31 İyul 2024 17:50 (UTC +04:00)
Aksiz markasız 700 minə yaxın siqaret məhv edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycanın aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük orqanlarının saxladığı, aksiz markasız 34 554 qutu (691 080 ədəd) xarici markalı siqaret istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti