...

Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib

Cəmiyyət Materials 5 Avqust 2024 20:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

Trend xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatında qeyd edilib.

Bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 200 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 37 faiz çoxdur.

Qeyd edək ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen əldə edib.

Xəbər lenti

Xəbər lenti